DataLife Engine / Suqovuşanı işğaldan azad edən Hikmət Həsənovun doğum günüdür

Suqovuşanı işğaldan azad edən Hikmət Həsənovun doğum günüdür

Suqovuşanı işğaldan azad edən Hikmət Həsənovun doğum günüdür


2020-ci il oktyabrın 3-də Ağdərə rayonu istiqamətində yerləşən Suqovuşanın işğaldan azad edilməsinə başçılıq etmiş Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Birinci Ordu Korpusunun komandiri Hikmət Həsənovun doğum günüdür.

Hikmət Hüseyn oğlu Həsənov 9 oktyabr 1975-ci ildə Füzuli rayonunun Pirəhmədli kəndində doğulub. 1992-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olub. Tərtərdə “N” saylı hərbi-hissədə tağım komandiri kimi xidmətə başlayıb. 1994-cü ildə Türkiyədə Tuzla Hərbi Piyada Məktəbində 6 ay kurs keçib, 1995-ci ildə hərbi məktəbi bitirərək, Ağdamda “N” saylı briqadada xidmətə başlayıb. Burada bölük komandiri, tabor komandiri vəzifəsinə qədər yüksəlib. 2002-ci ildə təhsilini davam etdirmək üçün Çin Xalq Azadlıq Ordusunun Nankin Quru qoşunları Ali Hərbi Akademiyasına daxil olub, akademiyanı xüsusi fərqlənmə ilə bitirib, xüsusi döş nişanı ilə təltif olunub.

2003-cü ildə vətənə qayıdaraq Qazaxda “N” saylı hərbi hissədə briqada komandirinin MTT üzrə müavini təyin edilib, bir neçə ay sonra Tovuzda “N” saylı briqadanın qərargah rəisi kimi xidmətinə davam edib. 2005-2008-ci illərdə xidmətini Gəncədə “N” saylı briqadanın komandiri kimi davam etdirib. 2008-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olub, 2010-cu ildə akademiyanı fərqlənmə ilə bitirib. Elə həmin il Pirəkəşküldə Müdafiə Nazirliyi tərəfindən yaradılan NATO taborunun yerləşdiyi briqadaya komandir təyin edilib, NATO təlimlərində qarşıya qoyulan tapşırığı ingiliscə məruzə edən ilk azərbaycanlı hərbçi olub. 2013-cü ildə təhsilini artırmaq üçün Almaniyaya gedib, NATO əməliyyat planlaşdırması kursunu keçib, NATO əməliyyat qərargahında qərargah zabiti kimi praktika keçib. 2014-cü il iyunun 26-da Silahlı Qüvvələrin yaranmasının 96-cı ilində Ali baş komandanın sərəncamı ilə general-mayor rütbəsi alıb. 2014-cü ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə yeni yaranan, strukturu yenidən qurulan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun qərargah rəisi təyin edilib. 2014-cü il dekabrın 28-də Ali baş komandanın sərəncamı ilə Silahlı Qüvvələrin ən təhlükəli, strateji postu olan “N” saylı birləşmənin komandiri təyin edilib. 2018-ci ildə Prezidentin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

İngilis, rus, türk, fars, erməni dillərini mükəmməl bilir.

2004-cü ildə Tovuz istiqamətində əsgəri Dilqəmlə erməni postunu ələ keçirdiyinə görə komandanlıq tərəfindən briqada komandiri vəzifəsinə yüksəldilib. Həmin döyüşdə əsgəri Dilqəm şəhid olduğu üçün, hazırda da həmin post Şəhid Dilqəmin adını daşıyır.

Komandirliyi dövründə 2015-2017-ci illərdə Ağdam-Tərtər-Goranboy istiqamətində düşmən tərəfi ciddi itkilər verib. 2016-cı ildə aprel döyüşlərində cəbhənin 3 istiqamətində: Ağdam-Tərtər-Goranboy cəbhəsindəki döyüşləri idarə edib. Apreldə rəhbərlik etdiyi döyüşdə ordumuz ilə 2 saat ərzində düşmənin 24 illik “Ohanyan müdafiə xətti”ni yararaq Talış yüksəkliklərinə qalxıb, düşmənin 21 postunu dağıdaraq 7 strateji yüksəkliyi düşməndən təmizləyib.
9-10-2020, 00:49
Вернуться назад