Rusiya Prezidenti Vladimir Putin oktyabrın 8-də gecə saatlarında Dağlıq Qarabağla bağlı müraciət edərək, münaqişə tərəflərini humanitar səbəblərdən hərbi əməliyyatları dayandırmağa çağırıb.
Tv 713. az xəbər verir ki, Kremlin mətbuat xidməti bildirib ki, Rusiya lideri Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışıqları aparıb.
Putin əsirlər və döyüş meydanında qalmış meyitlərin dəyişdirilməsi üçün bölgədəki qarşıdurmanın dayandırılmasının vacibliyini vurğulayıb.
Kremlin mətbuat xidməti onu da bəyan edib ki, Rusiya Xarici İşlər nazirinin vasitəçiliyi ilə bu mövzuda məsləhətləşmələr aparmaq üçün 9 oktyabrda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvaya dəvət olunub.