Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə ağır artilleriyalardan atəş açması nəticəsində bu gün səhər saatlarına olan məlumata görə 31 mülki şəxs həyatını itirib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ermənilərin açdığı atəş nəticəsində 164 nəfər yaralanıb.
“1054 ev, 142 mülki obyekt və 45 yaşayış binası yararsız vəziyyətə düşüb”, - deyə məlumatda qeyd edilib.