DataLife Engine / Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü yeddi saatdır davam edir

Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü yeddi saatdır davam edir


Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü yeddi saatdır davam edir

Moskvada Dağlıq Qarabağdakı vəziyyətlə bağlı Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü davam edir.

Yeddi saatdır davam edən qapalı danışıqlardan sonra mətbuat konfransının təşkil olunması gözlənilir.

Artıq jurnalistlər Rusiya XİN-in qəbul evində görüşün nəticələri ilə bağlı açıqlamaları gözləyirlər.

Artıq mətbuat zalına hər üç dövlətin bayraqları gətirilib.

Qeyd edək ki, bu, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Ermənistan XİN rəhbəri ilə ilk görüşüdür. C.Bayramov iyulun 16-da Elmar Məmmədyarovun yerinə təyin olunub.

Bu barədə Rusiyanın “Pervıy kanal” televiziyası video yayımlayıb.
10-10-2020, 00:50
Вернуться назад