Təəssüf ki, Ermənistan tərəfindən humanitar əsaslarla atəşkəs rejimindən süni şəkildə istifadə edilir. Atəşkəs özlüyündə sülh deyil və heç bir zaman da ola bilməz”.
TV 713. az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, hazırkı şəraitdə Moskvada qəbul olunmuş bəyanat humanitar əsaslarla qəbul edilmiş atəşkəs rejimidir.
H.Hacıyev vurğulayıb ki, bundan sonra diplomatik sahədə fəaliyyət davam etdiriləcək:
“İlham Əliyevin rəhbərliyi altında əsas hədəf Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin təmin edilməsidir. Bu məqsədə nail olmaq üçün çalışacağıq”.