DataLife Engine / Ermənistan ərazisindən Mingəçevirə "SCUD" ballistik raketi buraxılıb

Ermənistan ərazisindən Mingəçevirə "SCUD" ballistik raketi buraxılıb


Ermənistan ərazisindən Mingəçevirə "SCUD"  ballistik raketi buraxılıb

Ermənistan ərazisindən Azərbaycanın Mingəçevir şəhərinə NATO kod adı "SCUD" olan ballistik raketi buraxılıb.

Tv 713. az xəbər APA-nın məlumatına istinadla xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb.

"Hava hücumundan müdafiə qüvvələrimiz S-300-lə raketi məhv edib. Raketin buraxılma anında təhqiramiz erməni ifadələri səslənir. Ermənistanın dövlət terroruna son qoyulmalıdır. Bu video Ermənistandandır", - H. Hacıyev qeyd edib.
10-10-2020, 19:55
Вернуться назад