Azərbaycan Silahlı Qüvvələrinin zərbə PUA-ları Ermənistan ordusuna ümumilikdə azı 1 milyard ABŞ dolları ziyan vurub.
TV 713.az Report-a istinadla xəbər verir ki, bu barədə “Clash Reрort”un araşdırmasında qeyd olunub.
Bildirilib ki, ən çox ziyan düşmənin hava hücumundan müdafiə sisteminə dəyib – 485 milyon ABŞ dolları.
Bundan başqa, Ermənistan silahlı qüvvələrinin 84 tank itirdiyi (oktyabrın 12-nə olan məlumat) və bunun ümumi dəyərinin 210 milyon ABŞ dolları olduğu vurğulanıb.
Həmçinin araşdırmada Ermənistan ordusunun itirdiyi top, zirehli transportyor, müxtəlif nəqliyyat vasitələri, radar və s. var.