DataLife Engine / "Erməni ordusu Azərbaycandan çıxmalıdır"

"Erməni ordusu Azərbaycandan çıxmalıdır"


"Erməni ordusu Azərbaycandan çıxmalıdır"


"Ermənistanda bir dənə də olsun azərbaycanlı (türk) qalmayıbsa, ermənilər hansı "soyqırım"dan danışırlar? Azərbaycanlılar hamısı ordan qovulub və ya öldürülüb. Bu fonda Türkiyədə 100 min, Azərbaycanda isə 30 min erməni ailəsi yaşayır və işləyir. Azərbaycanda heç kim ermənilərə toxunmur. Həm Türkiyənin, həm Azərbaycanın başqa xalqlarla çoxəsrlik birgə yaşamaq ənənələri var".

Tv 713. az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov deyib.

Dağlıq Qarabağ ətrafında gedən proseslər haqqında danışan Ağacanov bildirib ki, hazırda Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tezliklə çıxarılması planı hazırlanmalıdır.

"Qarabağ erməniləri Qarabağın separatçıların terror xuntasından azad olunmasını səbirsizliklə gözləyirlər", - deyə o bildirib.

Qeyd edək ki, A.Ağacanov Qarabağ ermənilərinin “hay” olmadığını bildirir və kök etibari ilə türk soyundan gəldiyini hesab edir.
13-10-2020, 15:31
Вернуться назад