Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Türkiyəyə rəsmi səfər edəcək.
Tv 713. az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi xəbər verib.
Səfər çərçivəsində (15-17 oktyabr) Ukrayna və Türkiyə hərbi əməkdaşlıq haqqında saziş imzalayacaqlar.
Daha əvvəl Ukrayna Müdafiə naziri Andrey Taran bildirmişdi ki, hərbi əməkdaşlıq sazişi iki ölkənin Qara dənizdə sülh və təhlükəsizliyə sadiqliyini əks etdirəcək.