Erməni terrorçularının 1992-93-cü illərdə Qarabağda azərbaycanlı əsirlərə qarşı dəhşətli işgəncələrini əks etdirən məlumat yayılıb.
TV 713. az kult.az-a istinadla sosial şəbəkə istifadəçisi Şahin Hüseynin (11 yaşından əsir düşdüyü bildirilir – red.) “Erməni işgəncə növləri” adı ilə sistemləşdirdiyi sözügedən işgəncələri təqdim edir:
1. Dəyənək, armatur və digər dəmir alətlərin əsirlərin anus dəliyinə yeridilməsiBu vəhşilik əsasən Şuşa türməsində saxlanılan əsgərlərin başlarına gətirilirdi. Misal üçün bu, Ermənistanda mühüm dövlət postları tutmuş Samvel Babayanın “sevimli” işgəncə növü olub. Bakı şəhərindən olan Rauf adlı şəxsə qarşı edilən bu vəhşilik əsrilikdən azad edildikdən sonra onun bağırsaqlarından on santimetr kəsilərək götürülməsinə səbəb olmuşdur.
2. Hamilə qadınların qarınlarının cırılaraq uşaqların ordan çıxarılmasıErmənilər əsasən Xocalı şəhərindən əsir düşən hamilə qadınların qarınlarını əsgər bıçağı ilə cıraraq, onun bətnindəki uşağı itlərə yem edir, qadının daxilinə giliz, diri pişik, ilan, qurbağa, siçan və sairə doldurur, yaranı tikir və qadının əzablar içərisində ölməsinə baxırdılar.
3. Zorlama
Ermənilər 4 yaşından 60 yaşına qədər bütün qız və qadınları növbə ilə zorlayır, sonra onları lüt halda rəqs etməyə məcbur edirdilər. Xocalıdan əsir düşən 6 yaşlı bir qızın zorlanmasına dözə bilməyən anası özünü kəndirlə boğaraq, digəri isə işləməyə aparılanda yaba ilə özünü öldürmüşdür. Əsir azərbaycanlı qızların içərisində bakirə olaraq saxlanan qızlar Qarabağa qonaq gələn xaricdəki ermənilərə və bəzi xarici ölkələrin yüksək titullu məmurlarına hədiyyə edilirdi.
4. Bir-birləri ilə cinsi əlaqəyə məcbur edilməAzərbaycanın əsgər və əsir düşmüş mülkü vətəndaşlarını bir-birləri ilə cinsi əlaqəyə məcbur edən ermənilər onları kamera ilə çəkirdilər.
5. Siçovul yuvası
Əsirin əl-ayağını bağlayıb, dəmir vedrəyə oturdub, bağlayır və içərisinə diri siçovul qoyurlar. Vedrənin arxasını deşib siçovlun keçə biləcəyi dəlik saxlayır və əsiri həmin dəliyin üstündə saxlayırlar. Sonra vedrəni qızdırırlar və içəridə istidən əriyən siçovul əsirin qaçnama yer axtarırkən, anus dəliyinə girərək onun daxili orqanlarını yeyir və çölə çıxır. Bu cəza növünü əsasən Suriya və Livan erməniləri edirlər.
6. Qulağa gülləƏsirin əllərin qolların ağaca bağlayır və qulağını iplə dartırlar. Bir güllə ilə qulağı dağıdan erməniyə pul mükafatı verirlər.
7. Odda yandırmaq
Bir neçə əsiri, qollarından hündürdən asaraq, ayaqları altında tonqal qalamaq, isti suda diri-diri yandırmaq, quyuya ataraq üstünə dizel, yaxud benzin tökərək yandırmaq, dəmir boruya salıb oda atmaq, taxtaya bağlayıb od vurmaq və sairə formada yandırmaq.
8. Qurban kəsmək
Ermənilər əsir düşən azərbaycanlıları bayramlarında, ölən əsgərlərinin və yaxınlarının məzarlarının üstündə qurban kəsirdilər. İlk olaraq dəyənək və zopa ilə döyüb, sonra qollarını yana açaraq əvvəl birini, sonra da o birini balta ilə kəsib, sinəsini yararaq ürəyini çıxardırdılar. Xəncər və balta ilə birdəfəyə əsirin boynun vurmaqdan mərcə girənlər, tam boynu kəsilməyən əsirlərin xırıltı ilə ölümünə baxırdılar.
9. MismarlamaqƏsirlərin əllərini və ayaqlarını taxta parçasına mismarlayır, başlarına mıx vururlar. Ən “sevimli” oyunları - əsirin əllərini ağaca bağlayır və pnevmotik mismar vuran aparatla onun beynini, gözünü, ürəyini nişan alırdılar.
10. Sidik və nəcis yedirtməkErmənilər əsirləri ac və susuz saxlayır və onları sidiklərindən içməyə məcbur edirdilər. Ac qalanların qarşısında nəcislərin ifraz edib əsirlərə yedirdirdilər.
11. Bayraq öpmə
Erməni və Azərbaycan bayrağını asır, günlərlə ac qalan əsirləri öz bayraqlarını öpməyə və Azərbaycan bayrağına tüpürməyə məcbur edirdilər. Əməl etməyini döyür, qolunu-qıçını sındırırdılar.
12. Şüşə və mıx yemə
Əsirləri ac saxlayır və onlara şüşə, mıx, digər dəmir parçaları yeməyə məcbur edirdilər. Sağ qalana yemək verir, öləni isə ayaqyoluna atırdılar.
13. İt əvəzinə saxlamaqƏsirləri imkanlı ermənilər alıb öz bağlarında, evlərində it damında saxlayır, boğazlarına zəncir taxır və it kimi durmağa və hürməyə məcbur edirdilər. Bəzən “it döyüşü” keçirir və mərcə girirdilər. Etiraz edəni döyüb, oda atırdılar.
14. İtlərə yem etməkƏsirləri sıraya düzür, hasara çəkilən əraziyə salır və təlim keçmiş itləri onların üstünə buraxırdılar. İtlər əsirləri parça-parça edirdi.
15. Qulaqdan qumarƏsir düşənləri sıraya düzür və onların qulaqlarını kəsərək qumar oynayırdlar. Daha çox qulaq “qazanan” istədiyi məbləği almaq hüququ əldə edirdi.
16. Diş çıxarmaƏsirlərin qızıl dişini kəlbətinlə dartıb çıxardır,yaxud da avtomatın qundağı ilə döyərək sındırırdılar. Əsirləri Azərbaycan meyitlərinin ağzından qızıl dişlərini çıxartmağa və qəbirləri açdıraraq ölmüş insanların ağızlarındakı qızıl dişləri onlara gətirməyə məcbur edirdilər.
17. İynəƏsir düşənlərin bədənlərinə şpritslə ilə benzin, dizel, spirt və digər naməlum tərkibli məhlular vuraraq onları şikəst edirdilər.
18. Orqan satışıƏsir düşənlərin daxili orqanlarını əməliyyat edir və xarici ölkələrə satışını həyata keçirirdilər.
19. Ölülərə həqarət
Ermənilər ölən əsirlərin meyitlərini ayaqyoluna atır, donuzlara yem edir və hətta onların ətin bişirdib əsirlərə yedizdirirdilər!
Qeyd edək ki, bu, ermənilərin dəhşətli işgəncələrinin hamısı deyil. Əsir qadın-qızların döşlərinin kəsilməsi, kürəklərinə qaynar samovar bağlanaraq, samovarın qaynadılması, üz-gözlərində yanan siqaretin söndürülməsi, sinələrinə xaçla dağ basılması və sairlə bağlı da əsirlikdən azad olunanların söylədiyi faktlar var.