Turin "Yuventus"unun və Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovu amerikalı Castin Qetji üzərində qələbə çalması münasibətilə təbrik edib.
TV 713. az xəbər verir ki, bu barədə futbolçu özünün “Instagram“dakı səhifəsində yazıb.
"Təbrik edirəm, qardaş! Sənin atan səninlə fəxr edərdi", - deyə o yazıb.
Xatırladaq ki, təkbətək döyüş ikinci raundda Nurməhəmmədovun vaxtından əvvəl boğucu fəndlə qalib gəlməsi ilə qurtarıb.
Rusiyalı üçün bu qələbə atası Abdulmanap Nurməhəmmədovun ölümündən sonra ilk, peşəkar karyerasında isə ardıcıl 29-cu qələbə olub.
H.Nurməhəmmədov bununla yüngül çəkidə UFC çempionu titulunu qoruyub.