Qırğızıstanda növbədənkənar prezident seçkilərinin vaxtı müəyyənləşib.
TV 713. az xəbər verir ki, bu barədə qərar ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qəbul edilib.
Qərara əsasən seçkilərin keçirilməsi 10 yanvar 2021-ci ilə planlaşdırılır.
Qeyd edək ki, ölkə prezidenti Sooronbay Jeenbekov oktyabrın 15-də istefa verib.