30 ildir danışıqlar yolu ilə bir qarışı belə qaytarılmayan torpaqlarımızın önəmli bir qismi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu tərəfindən 30 gün ərzində azad edildi.
1 ay müddətində Rəşadətli Ordumuz 166 kənd, 4 şəhər, 3 qəsəbə, bir neçə yüksəkliyi düşməndən təmizləyib, həmçinin düşmənin 2 milyard dollardan da çox dəyəri olan hərbi texnikası məhv edilib və qənimət kimi götürülüb.
Reallıq ondan ibarətdir ki, düşmənin itkiləri qatbaqat çoxdur. Atəşkəs dövründə hərbi ekspertlərin Azərbaycan və Ermənistan ordularını müqayisə edib, ehtimal bir müharibə zamanı kimin qalib olacağı barədə təhlillər aparmasının şahidi olmuşduq. Bu mənada rəsmi İrəvana da Ermənistan ordusunun Azərbaycan Ordusundan zəif olması məlum idi. Lakin bununla belə, rəsmi İrəvan havadarlarının dəstəyilə 30 il ərzində əldə etdiyi təmənnasız silah-sursat, maliyyə yardımı və keçilməz adlanan “Ohanyan səddi” ilə məğlubedilməzlik mifi yaratmışdı.
Rəşdətli ordumuz ermənilərin və onların havadarlarının formalaşdırdıqları bütün mifləri darmadağın etdi.
Eşq olsun rəşadətli Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır!
TV 713. az