Ermənistanın 3-cü ordu korpusunun alaylarından birində qiyam baş verib.
TV 713.az Musavat.com-a istinadla xəbər verir ki, bu korpus Ermənistanın şimalında və şimal-şərqində, Azərbaycanla sərhəddə yerləşir.
Təfsilat belədir: Muzdlular (dəqiq desək, müqavilə ilə orduda olanlar) kollektiv şəkildə Dağlıq Qarabağdakı döyüş bölgəsinə göndərilmək əmrinə tabe olmaqdan imtina ediblər. Korpus komandiri Qriqori Xaçaturov özü prosesə müdaxilə üçün alaya gəlib. İstisna deyil ki, bu saatlarda qiyam vəhşicəsinə yatırılacaq. Mənbəmiz bildirir ki, hərbçilərdən bəzilərinin qohumları artıq korpusun qərargahında toplanmağa başlayıblar.
Xatırladırıq ki, Azərbaycan Ordusu silahlarını yerə qoyan erməni birləşmələrinin həyatına və onlarla ləyaqətli rəftara zəmanət verib. Bu, dəfələrlə elan edilib.