DataLife Engine / Müvəqqəti komendantlıqlar nəzdində əməliyyat qərargahları yaradılıb

Müvəqqəti komendantlıqlar nəzdində əməliyyat qərargahları yaradılıb


Müvəqqəti komendantlıqlar nəzdində əməliyyat qərargahları yaradılıb

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların nəzdində dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılıb.

TV 713. az xəbər verir ki, Prezident İlham Əliyevin fərmanına əsasən, əməliyyat qərargahına aşağıdakı qurumlar daxil edilib:

1. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;

2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;

4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;

5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;

7. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi;

8. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi;

9. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik;

10. müvafiq yerli icra hakimiyyəti orqanları.
29-10-2020, 18:56
Вернуться назад