Rusiya “Dostluq müqaviləsi” çərçivəsində Ermənistana hərbi yardım göstərməkdən "imtina"sı dolayı yolla həm də təhdid xarakteri daşıyır.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistan Respublikasının təhlükəsizliyini təmin etmək üçün göstərə biləcəyi yardımın növü və həcmini müəyyənləşdirmək üçün məsləhətləşmələrə başlamaq xahişinə Rusiya Xarici İşlər Nazirliyinin cavabından belə nəticə çıxarmaq olar.
“Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında 29 Avqust 1997-ci il tarixli “Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Fəaliyyət haqqında” Müqavilədən irəli gələn vəzifələr də daxil olmaqla, Ermənistan Respublikasına qarşı müttəfiqlik öhdəliklərinə sadiqliyi təsdiqləyirik. Bu Müqavilənin bir sıra maddələri silahlı hücum təhlükəsi olduqda və ya ərazilərinə qarşı təcavüz aktı olduqda konkret hərəkətləri nəzərdə tutur. Müqaviləyə uyğun olaraq, qarşıdurmalar birbaşa Ermənistan ərazisinə köçürülərsə, Rusiya İrəvana bütün lazımi yardımları verəcək”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi şərhində deyilir.
Beləliklə, Rusiya xarici işlər qurumu Azərbaycanın Ermənistan ərazisinə hücum etmədiyini təsdiqləyir. Digər bir tərəfdən, açıqlamada da vurğulnan "..qarşıdurmalar birbaşa Ermənistan ərazisinə köçürülərsə, Rusiya İrəvana bütün lazımi yardımları verəcək” deməklə Rusiya Azərbaycana münasibətdə həm də təhdid diliylə danışır.
Azərbaycan ordusunun əks-hücum əməliyyatı beynəlxalq miqyasda tanınmış sərhədlər daxilində Azərbaycanın suveren ərazisində aparılır və Ermənistanın işğal etdiyi torpaqları işğaldan azad etmək məqsədi daşıyır.
TV 713. az