DataLife Engine / Son Görüş, Müqəddəs Savaş və Qəhrəmanlıq Nümunəsi

Son Görüş, Müqəddəs Savaş və Qəhrəmanlıq Nümunəsi


Son  Görüş, Müqəddəs Savaş və  Qəhrəmanlıq Nümunəsi
ETİBAR HƏSƏNQULİYEV
ehtiyatda olan mayor



Son  Görüş, Müqəddəs Savaş və  Qəhrəmanlıq Nümunəsi



ŞƏHİDLİYİLƏ ölümü adlayan QARDAŞIM, yoxluğunla barışmıram!


Mənim qəhrəman qardaşım 1995-ci ildən başlayan yoldaşlığımız,qardaşlığımız və dostluğumuz sonamı çatdı?!

Əsla!..


Bizim Yoldaşlığımız da, Bizim Qardaşlığımız da, Bizim Dostluğumuz da uğrunda can fəda etdiyiniz Azərbaycanımız var olduqca duracaq və Şəhidlərimizin Mübarək Canları bahasına bizlərə əmanət qoyub getdikləri bu yurdu, bu eli, bu obanı göz bəbəyi kimi qoruyub saxlamaq bizim şərəf, bizim namus məsələmiz olacaq!..

İstər Naxçıvanda (kiçik torpaq öz ifadəmizlə), istər burda (böyük torpaq) xidmətimiz və yaşadığımız müddətdə Sən nümunə oldun!
Dəfələrlə Vətən torpaqlarının müdafiəsi uğrunda ölümlə üz-üzə gəldin, ancaq ölümə təslim olmadın!..

Səninlə son görüşümüz zabit yoldaşımızın toy məclisi oldu! Ancaq tez-tez danışmağımız və cəmi bir neçə gün bundan öncə mənə zəng edərək Müqəddəs Savaşa yollanmağını bildirməyin əbədi olaraq yaddaşıma həkk olundu!..

Sən ŞƏHİDLİYİNlə ölümü adlayıb keçdin, əziz Qardaşım!

Əziz qardaşım, Sən o zabitlərdən idin ki, Vətən uğrunda qəhrəmanlığını sağlığında dəfələrlə sübut etmişdin, bunun canlı şahidi mənəm və bir də harada olmağından asılı olmayaraq Özünü laçınlı, eləcə də bir vətənpərvər kimi təsdiqləmişdin!


Son  Görüş, Müqəddəs Savaş və  Qəhrəmanlıq Nümunəsi


Bu gün isə Müqəddəs Savaşda Vətənpərvərliyini, Qəhrəmanlığını Canınla, Qanınla yazdın Şanlı Tariximizə!

Məkanın cənnət olsun Qəhrəman Qardaşım!

Ölümünlə razılaşıram, yoxluğunla isə barışmıram!

Sən əbədi olaraq ürəklərdə, qəlblərdə yaşayacaqsan!!!
31-10-2020, 14:39
Вернуться назад