Gürcü Arzusu bu gün parlament seçkilərində uduzub.
TV 713. az Report-a istinadla xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili “Mtavari” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Vahid Milli Hərəkat (VMH) və digər müxalifət partiyaları mütləq səs çoxluğu əldə ediblər: “Gürcüstanda hakimiyyət dəyişir, ölkə irəli getməkdə davam edəcək”.
Qeyd edək ki, VMH-nin liderləri və tərəfdarları Tiflisdə parlament binası qarşısında aksiya keçirirlər. Partiya nümayəndələri seçkilərdə qalib gəldiklərini bildirirlər.