DataLife Engine / Ermənistan Qarabağda muzdlu döyüşçülərdən istifadə edir – YENİ FAKT

Ermənistan Qarabağda muzdlu döyüşçülərdən istifadə edir – YENİ FAKT



Ermənistan Qarabağda muzdlu döyüşçülərdən istifadə edir  – YENİ FAKT

Ermənistan Qarabağ döyüşlərinə muzdlu döyüşçülər cəlb etməkdə davam edir.



TV 713. az xəbər verir ki, onlardan biri – Fransa vətəndaşı olan Qrayr Keroqlyandır. 45 yaşlı muzdlu döyüşçü oğlu ilə birlikdə Ermənistana gələrək Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatlarına qarşı vuruşur.

Yerevanda hərbi birləşmələr üçün təlim keçən Qrayr oğlunun Zəngəzurda arxa cəbhədə çalışdığını söyləyib.

“Mən Suriyanın Hələb şəhərində anadan olmuşam. 10 yaşında Fransaya köçmüşəm. İndi hərbi hazırlıq keçirəm və çağırılan kimi ön cəbhəyə yollanacam”- deyə Keroqlyan açıqlama verib.



Xatırladaq ki, Qarabağ döyüşlərində Fransa ilə yanaşı, ABŞ, Livan və Suriya vətəndaşlarının iştirak etməsinə dair çoxsaylı faktlar möcvuddur(modern.az)
3-11-2020, 11:01
Вернуться назад