“Atlantis Airlines” aviaşirkətinin layneri tərəfindən Rusiyanın paytaxtı Moskvadan İrəvana humanitar yardım gətirilib.
TV 713. az xəbər verir ki, bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, Ermənistana qida məhsulları, geyim və dərmanlar gətirilib.
Qeyd edək ki, bundan öncə də Rusiyadan İrəvana humanitar yardım göndərilmişdi. Daha sonra bu yardımın silahdan ibarət olması haqda məlumatlar yayılmışdı.