Şuşada demək olar ki, bir nəfər belə qalmayıb. Azərbaycan Ordusu bu şəhərə çox yaxınlaşıb.
TV 713 .az xəbər verir ki, bu barədə işğal altındakı Azərbaycan torpaqlarında qanunsuz jurnalist fəaliyyəti göstərən ANNA agentliyinin hərbi müxbiri Aleksandr Xarçenko məlumat yayıb.
Bugünədək daim “yenilməz erməni ordusu”nu tərifləyən jurnalist bu gün öz ritorikasını dəyişmək məcburiyyətində qalıb.
Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri Azərbaycanın Xankəndi şəhəri ilə Ermənistanı birləşdirən yolu tam nəzarətə götürə bilib.
Daha sonra müxbir erməni hərbçilərin birinə Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri barədə sual verib:
“Onlar demək olar ki, Şuşadadırlar”, – deyə əsgər cavab verib.