HƏM QƏLƏBƏ, HƏM İTİ QOVMA, HƏM DƏ İTİN YİYƏSİNƏ QUCAQ AÇMA!
İGİD TEYMURLU
ZAMANIN YETİŞDİRDİYİ LİDER VƏ HƏM DƏ ZAMANIN GERİYƏDÖNÜŞÜ
İti qovub, Yiyəsinə tuş gəldik. Bunun da qorxusu yox, təki İti Qovanlarımız var olsun! Millətimiz, Dövlətimiz var olsun! Bütöv Türk Dünyasının gözü aydın olsun! Təbrik edirəm hər kəsi...Bayram ovqatı Azərbaycanımıza, bütöv Türk Dünyasına çox yaraşır!
Torpaqlarımızın azadlığı uğrunda Canını fəda etmiş bütün ŞƏHİDLƏRİMİZİN RUHU qarşısında baş ƏYİRƏM!
Bu günü, bu günün sevincini bizlərə yaşadan o ŞƏHİDLƏRDİR!..
İLHAM ƏLİYEV isə Zamanın yetişdirdiyi Liderdir, Komutandır. Kimin necə düşünməsindən asılı olmayaraq "Çaldıran" döyüşünə qol qoymaqla türk qövmü cılızlığa gedən yola qədəm basmışdı. Sonradan bu yolun Səfəvi-Osmanlı müharibələrilə davam etdirilməsi böyrümüzdə hürüşən itləri daha da quduzlaşdırdı. Torpaqlarımız əldən getdi, kiçildik, deportasiyalara, soyqırımlara bizi məruz qoydular...
O gündən bu günədək anbaan kiçildik. Şah Ismayıl dönəmindən torpaqlarımız işğalda olan ana qədər düz 34 dəfə kiçildi...
Cənubi Qafqazda erməniyə dövlət quran rusun, fransızın dayəliyilə SSRİ imperiyası dağılandan (1991. 25 dekabr) sonra Qarabağda oyuncaq qurum yaradıb Xorenə "dövlət" yaratmaq istədilər. Azərbaycanın ictimai-siyasi sferasına, hərbi strukturlarına, QHT sektoruna öz koordinatorlarını yerləşdirib məmləkətimizi içindən parçalama xətti tutdular.
Belə bir məqamda İlham Əliyev paralel şəkildə həm ölkə daxilindəki koordinatorları zərərsizləşdirmək, həm də beynəlxalq güclərlə mübarizə aparmaq məcburiyyətində qaldı..
Və belə gərgin mübarizə İlham Əliyevi ZAMANIN YETİŞDİRDİYİ LİDER kimi formalaşdırdı. İlham Əliyev həm də doğma torpağı düşmən işğalından azad edən Komutan oldu!
BİZ həm də zamanın geriyədönüşünün şahidi olduq: 1992-ci ildə torpaqlarımızdan çıxardığımız rus ordusu yeni ad altında torpaqlarımıza girdilər!!! Zamanın belə geriyədönüşü həm də bizim yaralarımızın qaysağının yenidən qoparılmasıdır! "Sülhməramlı rus ordusu" ifadəsinin özü bizim üçün unutqan olmağımıza baxıb bizə gülməkdir...
AMA BU DA BİR REALLIQDIR Kİ, BABALARIMIZ BİR-BİRİ İLƏ MÜBARİZƏ APARIRDILARSA, İLHAM ƏLİYEV DÜŞMƏNLƏ MÜBARİZƏ APARDI VƏ QALİB ÇIXDI!..
AMMA VƏ LAKİN....istənilən halda və hansısa bir formada rus əsgərinin Azərbaycana gəlişi qəbuledilməzdir!..
İTİ QOVDUQ, İNDİ İTİN YİYƏSİNƏ QUCAQ AÇIRIQ! GÖRÜNÜR İTİN JYİYƏSİNİ QOVMAQ ÜÇÜN DƏ BİR ZAMANA EHTİYAC VAR!
Zatən bu problemi yaradan, bizi bunca məhrumiyyətlərə məruz qoyan rus deyilmi? Belə olan halda rusun hansı "sülhməramlı" missiyasından danışmaq olar?. Üstəgəl imzalanan sazişin 4-cü bəndi deməyə əsas verir ki, ruslar istədikləri anda bu ərazidə təxribat yarada və istədikləri qədər bu ərazidə qala bilər...
ALLAH MİLLƏTİMİZƏ, DÖVLƏTİMİZƏ XEYİRLİSİNİ NƏSİB ETSİN! İTİ VƏ İTİN YİYƏSİNI QOVANLARIMIZ VAR OLSUN!
10-11-2020, 11:55
Вернуться назад