DataLife Engine / Dünyanı heyrətə gətirən 44 günlük VƏTƏN MÜHARİBƏMİZ

Dünyanı heyrətə gətirən 44 günlük VƏTƏN MÜHARİBƏMİZ

Dünyanı heyrətə gətirən 44 günlük VƏTƏN MÜHARİBƏMİZ
ETİBAR HƏSƏNQULİYEV

ehtiyatda olan mayor



QƏLƏBƏNİ sonsuza daşımağımızın yolu MİLLİ BİRLİYİMİZdən keçir


AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİ BÜTÖVLÜYÜNÜN MÜDAFİƏSİ UĞRUNDA CANINI FƏDA EDƏN QƏHRƏMANLARIMIZIN RUHU QARŞISINDA BAŞ ƏYİRƏM!
ŞƏHİD ANALARIMIZIN QARŞISINDA BAŞ ƏYİRƏM!
YARALI QƏHRƏMANLARIMIZA ALLAHDAN ŞƏFA DİLƏYİRƏM!
QƏHRƏMAN VƏ MƏĞLUBEDİLMƏZ AZƏRBAYCAN ƏSGƏRİ, SİZLƏRİ SALAMLAYIR, SİZLƏRƏ EŞQ OLSUN DEYİRƏM!
EŞQ OLSUN MÜZƏFFƏR ORDUMUZA!!!

Əziz həmvətənlər, Müzəffər ordumuz 44 günlük Vətən müharibəsində şanlı tarix yazaraq döyüş qələbəsinin nə olduğunu millətimizə və dövlətimizə yaşatdı! Ordumuz bu savaşda yoxu var elədi, mümkün olmayanı mümkün elədi, öz arxasında dayanan güclərə güvənən düşmənimizi darmadağın elədi, itirilən hüququmuzu özümüzə qaytardı, Azərbaycan qadınının tapdanmış ismətini bizə qaytardı, işğal altında uyuyan ata babalarımızın, şəhidlərimizin, itkinlərimizin nigaran və naməlum ruhlarını şad elədi, bayrağımızı bayraqlar, millətimizi millətlər, dövlətimizi dövlətlər içində uca elədi!!!

Niyə də bu ordunun qarşısında baş əyməyək?

Hər bir Azərbaycan vətəndaşının şərəfli borcudur ki, Əsgərimizin, Ordumuzun qarşısında baş əysin!
BİZ 44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİNDƏ PARLAQ DÖYÜŞ QƏLƏBƏSİ QAZANDIQ! Buna görə MÜZƏFFƏR ORDUMUZA minnətdarıq!

Bu qələbəyə ALİ BAŞ KOMANDANIMIZIN, DÖVLƏTİMİZİN, XAQIMIZIN və MÜZƏFFƏR Ordumuzun sarsılmaz birliyi nəticəsində nail olmuşuq!
Bu QƏLƏBƏDƏ Prezidentimizdən başlamış sıravi vətəndaşımıza qədər hər birimizin imzası var. Bu QƏLƏBƏNİ sonsuza daşımağımızın yolu MİLLİ birliyimizdən keçir!

44 günlük Vətən müharbəsinin çox hissəsini Qəhrəman əsgərlərimizlə keçirdim və onların nəyə qadir olduğunu öz gözlərimlə gördüm. Vaxtilə xidmətdə onlardan tələb etdiklərimizdən döyüşdə necə məharətlə istifadə etdiklərinin şahidi oldum. Bir daha deyirəm, Azərbaycan əsgəri kimi İRADƏLİ, RƏŞADƏTLİ, DƏYANƏTLİ, MƏTANƏTLİ, DÖYÜŞGƏN əsgər heç bir dövlətin ordusunda yoxdur, onlarla fəxr etməyinə dəyər!!!

Əziz həmvətənlər, bu gün hər biriniz kimi məndə RUS ordusunun ərazimizdə olmasına görə çox məyusam. Amma unutmayaq: bu günə qədər hansı sərhədlərdən düşmənə qarşı savaşırdıq, indi düşmənlə harda təmasdayıq!?
Bu, dövlətimizin, ordumuzun və xalqımızın nailiyyətidir! Bu günün Azərbaycanı 30 il bundan əvvəlki Azərbaycan deyil. Eləcə də ordumuz, yaxud xalqımız!
Dünya da illər öncənin dünyası deyil, çox şeylər dəyişib,özümüzə GÜCLÜ tərəfdaşlar qazanmışıq! Mən düşünürəm ki, düşmənimizin içimizdən çıxarılması üçün burda mübarizə aparmaqdansa, LAÇINDA, ŞUŞADA, QARABAĞDA yaşayaraq mübarizə aparmaq daha əlverişlidir!
Düşmənlərimizin bizimlə yaşamasının mümkünsüzlüyü təsdiq olunanda rus ordusunun da Qarabağda qalmasının mümkünsüzlüyü təsdiq olunacaq!

Qarşımızdakı 5 ili Vətənsiz yaşayıb 35 ilə çatdırmaqdansa, siyasi, hərbi, elmi və milli birliyimizi gücləndirib qalan problemlərimizi həll edə bilərik!

Bir daha öz mövqeyimi bildirərək deyirəm ki, rus ordusunun Azərbaycanda olmasını qəbul etmirəm. Zərurət yaranacağı təqdirdə onlara qarşı döyüşməyə belə hazıram. Məni tanıyanlar bilir ki, yaltaqlıq və riyakarlıqdan uzağam. Baxmayaraq ki, bu gün cəmiyyətimizdə kifayət qədər riyakar və yaltaq insanlar var, atımı onların üzərinə həmişə çapmağa hazıram! Düşünürəm ki bu gün Dövlətimizdən və bizdən asılı olmayan çox məsələlər var və bunun da zamana ehtiyacı var!

Müqəddəs savaşın HƏRBİ tərəfi parlaq qələbəmizlə başa çatıb, digər tərəfinin həlli də MİLLİ BİRLİYİMİZDƏN keçir. Bu yolda hamımız bir olmalıyıq!!!

Yaşasın ALİ BAŞ KOMANDANIMIZ!
YAŞASIN QÜDRƏTLİ DÖVLƏTİMİZ!
YAŞASIN QƏHRƏMAN XALQIMIZ!
YAŞASIN MÜZƏFFƏR ORDUMUZ!!!
QƏHRƏMAN VƏ MƏĞLUBEDİLMƏZ AZƏRBAYCAN ORDUSU, QƏLƏBƏMİZ MÜBARƏK!!!
12-11-2020, 10:32
Вернуться назад