Fransa Prezidenti Emmanuel Makron ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
TV 713. az xəbər verir ki, bu haqda Fransa Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Danışıq əsnasında Fransa Prezidenti Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasından məmnuniyyətini dilə gətirib.
“Prezident döyüşlərin dayandırılmasından məmnun olduğunu bildirməklə yanaşı, erməni xalqına və Ermənistana olan dostluq hisslərini də xatırladıb. Həmçinin o, Dağlıq Qarabağda bütün tərəflərin mənafelərinə cavab verəcək siyasi həll yolunu tapmaq üçün əlindən gələni etməyə hazır olduğunu vurğulayıb”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, “bütün tərəflərin maraqlarına cavab verən” sözləri ilə ifadə olunan işğalçı siyasi hədəf Ermənistanın maraqlarına xidmətdir. Azərbaycan isə əsgərinin qanı ilə ərazi bütövlüyünü bərpa edib və “bütün tərəflərin maraqları” deyilən bir anlayış artıq yoxdur.