Mən müxalifətdə olanda, 2016-cı ildə (Aprel savaşı nəzərdə tutulur – red.) Qarabağa könüllü getdim, sonradan hadisələrin o qədər də uğurlu getməməsinə baxmayaraq, mitinq keçirmədim.
Tv 713. az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan müxalifətdə olsaydı, üçlü Bəyanata necə reaksiya verəcəyi haqda danışarkən deyib.
İctimai kanalın efirində danışan Paşinyan bildirib ki, o, 30 minə yaxın əsgər və zabitin mühasirəyə düşüb məhv olmaması üçün bu Bəyanatı imzalamağa məcbur olub:
“Bu Bəyanatı bir an tez imzalamaq üçün Baş Qərargah tələsdirirdi, digər hərbi heyət təkid edirdi ki, proses dərhal dayanmalıdır”.
Bəyanatın imzalanmayacağı halda hər şeyin itiriləcəyini xatırladan Paşinyan bu sənədin hələ siyasi nizamlanma olmadığını, bütün açıq məsələlərin bundan sonra müzakirə ediləcəyini qeyd edib. Həmçinin bildirib ki, "ərazini saxlamaq üçün" yeganə yol Bəyanatı imzalamaq idi.