DataLife Engine / MMP sədri Hafiz Hacıyevin Türkiyə Prezidentinə MÜRACİƏTİ: QƏLƏBƏMİZ TƏHLÜKƏDƏDİR!

MMP sədri Hafiz Hacıyevin Türkiyə Prezidentinə MÜRACİƏTİ: QƏLƏBƏMİZ TƏHLÜKƏDƏDİR!

MMP sədri Hafiz Hacıyevin  Türkiyə Prezidentinə MÜRACİƏTİ: QƏLƏBƏMİZ TƏHLÜKƏDƏDİR!


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Türkiyə Cumhur başqanı sayın Rəcəb Tayyib Ərdoğana

MÜRACİƏTİ



Türkiyə Cumhur başqanı, sayın Rəcəb Tayyib Ərdoğan bəy!

Biz Sizin də dediyiniz kimi bir ananın ekiz övladlarıyıq. Ulu öndərin dediyi kimi, biz bir millət iki dövlətik! Azərbaycan Cənubi Qafqazda hədəfə alınan və ən çox təzyiqlərə məruz qalan ölkə kimi 30 ildir ki, Qarabağ torpaqlarının azadlığı uğrunda savaşır. Bu tarixin müəyyən dönəmində regionda təklənən ölkəmiz yağı düşmənlərin həmlələri ilə 20 faiz torpaqlarını itirdi. Azərbaycan öz torpağında hücumlara məruz qoyuldu, insanlarımız soyqırımına məruz qaldı, işğal olunduq, öldürüldük, qırıldıq. Beynəlxalq təşkilatlar isə bunu gözardına vurur.
Münaqişənin həll edilməsi məqsədi ilə yaranan ATƏT-in Minsk Qrupu bu müharibəni daha da alovlandırdı. Atəşkəs dönəmində də düşmən bizə qarşı amansız, bu münaqişəni dayandırmaq üçün yaranan bədnam Qrup kor, kar oldu.
Dünya bizə qarşı haqsızdır və beynəlxalq aləm Azərbaycanın ərazi bütövlüyünün bərpasına əngəl olmaq üçün əlindn gələni edir.

Sayın Rəcəb Tayyib Ərdoğan bəy!

Siz bizim qardaş ölkə kimi daim Azərbaycanın yanında dayanmısız. Sizin bizim arxamızda dayanmanız bizə millət, dövlət olaraq böyük güc, ruh verib. Ölkəmizə qarşı bu qədər ədalətsizliyi gördüksə, Sizə daha çox ehtiyacımız olduğunu görürük.

Sayın Tayyib Ərdoğan bəy!

Bu gün Azərbaycan ordusu 27 sentyabrdan başladığı vətən müharibəsində böyük uğurlar əldə edib.. Noyabrın 10-da Sizə də məlum olan üçtərəfli bəyanat imzalandı. Əslində o bəyanatın imzalanmasında Azərbaycan xalqı Sizin imzanızı axtardı. Bu gün də Sizi o bəyanatdan irəli gələrək və yaxud da gəlməyərk Qarabağda sülhməramlılarla birlikdə görmək istəyirik. Qarabağımız yenə də təhlükədədir. Qələbəmiz, Azərbaycan əraziləri tam şəkildə azad olunmayınca təhlükədədir.

Sayın Rəcəb Tayyib Ərdoğan bəy!

44 günlük müharibədə Azərbaycan Ordusunun əldə etdiyi qələbə dostlarımızı sevindirdi, düşmənlərimizi xar etdi. Sülhməramlı adı ilə Azərbaycan torpaqlarında yerləşdirilən rus ordusu indi QIRMIZI XƏTTİ keçir. Belə ki, sülhməramlı qüvvənin rəhbərliyi öz səlahiyyətlərinə aid olmayan göstərişləri verir, Azərbaycan torpaqlarında “humanitar yardım” adı altında Azərbaycan qanunlarına və ərazi bütövlüyünə xələl gətirən, millətimizi ruhdan salan addımlar atırlar. Bu, Ali Baş Komandan İlham Əliyevin və 50 siyasi partiyanın birlikdə apardığı mübarizənin heçə endirilməsi siyasətidir. Biz bu gün də, sabah da Ali Baş Komandanın ətrafında sıx birləşmişik. Bundan sonra da belə davam edəcək.

Sayın qardaşımız Rəcəb Tayyib Ərdoğan bəy!

Siz də bilirsiz ki, Qarabağa Rusiya sühməramlıları yerləşib. Artıq bu sülhməramlıların fəaliyyəti daha çox komendant üsuli idarəsini xatırladır. Bir neçə detalları qeyd etmək istərdik:

Rusiya sülhməramlı missiyası, sülhyaratma prosesinin tam əksinə olan əməliyyatlar keçirir;
Rusiyanın Qarabağa yeritdiyi sülhməramlı missiyasının rəhbəri, general-leytenant Rüstəm Muradov Qarabağdakı terrorçu xuntanın rəhbəri Araik Harutyunyanla görüşüb qondarma "dqr-in rəmxləri" və Rusiya bayraqları altnda danışıqlar aparır;
Araik Harutyunyan Azərbaycan Baş Prokurorluğu tərəfindən dinc əhalini qətlə yeyirdiyi üçün CM-nin 15 maddəsilə suçlanıb, haqqında cinayət işi qaldırılıb və beynəlxalq axtarışa verilib.

Rusiya Minsk Qrupunda həmsədr ölkədir və nominal olaraq Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışmalıdır. Rusiyalı generalın terrorçu ilə bir masa arxasında əyləşməsini məntiqini izah etmək çətindir.
Ermənistan-Azərbaycan sərhəddində Laçın dəhlizinə Rusiyanın Gümrüdəki 102-ci bazasının tankı çıxarılaraq, sonradan geri qaytarılıb. Həmin koordinatlarda təpənin üzərinə yenə də 102-ci bazanın inventarı sayılan BM-21 "Qrad" reaktiv yaylım atəşi sistemi çıxarılıb.

Sayın qardaşımız Rəcəb Tayyib Ərdoğan bəy!

Azərbaycan küçələrində bayrağımızla yanaşı dalğalanan al-qırmızı, ay-ulduzlu Türkiyə bayrağının həm də Qarabağda sülhməramlı missiya olaraq dalğalanmasını görmək istəyirik!
Türkiyə sülhmərmlılarının Qarabağa gəlişini, Azərbaycanımızın müstəqilliyinə yetişməsi üçün ölkəmizə, xalqımıza verilən ən böyük dəstək kimi vacib sayırıq.

Sayın Rəcəb Tayyib Ərdoğan bəy!

Təcili, təxirəsalınmadan Türkiyə sülhməramlılarnın Azərbaycana - Qarabağa gəlişinin, yerləşməsinin təmin olunması üçün əlinizdən gələni əsirgəməməyinizi xahiş edirik!

Hörmətli Türkiyə Cumhur başkanımız, sayın Rəcəb Tayyib Ərdoğan bəy!

Biz Müasir Müsavat Prtiyasının çoxsaylı üzvləri olaraq Qarabağın erməni işğalçılarının sona qədər ərazilərimizdən çıxarılması prosesində bizdən dəstəyinizi əsirgəməməyi xahiş və təvəqqe edirik.

Hörmətli Rəcəb Tayyib Ərdoğan bəy!

Əziz qardaşımız İlham Əliyevə göstərdiyiniz mənəvi, siyasi və hərtərəfli dəstəyə görə Sizə şəxsən özümün və partiyamız adından dərin təşəkkürümüzü bildiririk.
MMP adından xahiş edirəm, yubanmadan Türkiyə sülhməramlılarının Rusiya sülhməramlıları ilə birgə fəaliyyət göstərməsini həyata keçirəsiniz.

Sayın, çox hörmətli Rəcəb Tayyib Ərdoğan bəy!

Zaman itirmədən öz qətiyyətli mövqeyinizi ortalıga qoymagınızı Sizdən xahiş edirik.
Azərbaycan xalqı Türkiyə Sülhməramlılarını Qarabağımızda görmək istəyir və bundan çox şad olar! Türkiyə sülhməramlılarının Azərbaycan müstəqilliyinin qarantı olacağına güvənirik!

Dərin sayğılarla
MMP sədri Hafiz Hacıyev
15-11-2020, 21:40
Вернуться назад