DataLife Engine / Ermənilər yeni plan hazırlayır - Litvalı ekspert

Ermənilər yeni plan hazırlayır - Litvalı ekspert


Ermənilər yeni plan hazırlayır - Litvalı ekspert


Müasir, gözəl Ağdam erməni işğalından sonra kabus şəhərinə çevrildi.

Tv 713. az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında litvali hərbi ekspert, jurnalist Riçardas Lapaitis deyib.

“Bu şəhər artıq yaşayış üçün yararsızdır, orada sanki zəlzələ baş verib. Ermənilər ondan zibilxana kimi istifadə edirdi - qarət edirdilər, sındırırdılar, gördüklərini aparırdılar. Halbuki təkcə Ağdam rayonunda işğaldan əvvəl 165 mindən artıq insan yaşayırdı. Keçmiş separatçı “dqr”də daha az erməni yaşayırdı...

Dünyanın ən gözəl yerlərindən biri olan Kəlbəcər rayonunda 74 mindən çox azərbaycanlı yaşayırdı. Bu rayon 2 aprel 1993-cü ildə erməni təcavüzkarları tərəfindən işğal edildi. İndi Ermənistanın uduzduğu müharibədən sonra onlar işğal edilmiş əraziləri tərk edərək evlərini yandırır, qiymətli ağacları kəsir , mal-qaranı öldürür, tullantıları isə küçələrdə saxlayırlar, müqəddəs yerlərdə oğurluq edirlər. Axı orada Qafqaz Albaniyasının çox böyük irsi var. Sübutlar var ki, onlar ekskavatorlarla öldürülmüş əsgərlərini qazırlar”, - o bildirib.

Jurnalist bildirib ki, gələcəkdə erməni millətçiləri azərbaycanlıları kütləvi qətllərdə ittiham edə bilərlər.
17-11-2020, 17:26
Вернуться назад