Dəfələrlə Ermənistan hərbi-siyasi rəhbərliyini Su-30CM almaqdan çəkindirməyə çalışmışam, amma onlar dinləməyiblər.
Tv 713. az xəbər verir ki, bunu Ermənistan Baş Qərargahının sabiq rəisi Movses Akopyan deyib. O, 2016-cı ildə bu məsələ müzakirə olunan zaman Serj Sərkisyanı buna inandıra bildiyini deyib.
Akopyan bunun yerinə bir neçə “Tor” kompleksinin alınmasının planlaşdırıldığını söyləyib. Bununla belə, Akopyan “Tor” sistemlərini aldıqdan sonra yerdə qalan vəsaitə Su-30CM-lərin alınmasıyla bağlı qərarın verildiyini qeyd edib:
“Onlar Rusiyanın qanunvericiliyini belə oxumayıblar. Orada deyilir ki, Su-30CM üçün olan silahlar, xüsusilə “hava-hava” raketləri digər dövlətlərə satılmır”.
Akopyan, həmçinin II Qarabağ savaşında Azərbaycana qarşı “İsgəndər” raketlərindən də istifadə edildiyini etiraf edib. Bununla belə raketlərin nə zaman və hansı nöqtəyə atıldığını açıqlamayıb.
Rusiyanın yardımına gəlincə isə Akopyan Moskvanın edə biləcəyi hər şeyi etdiyini bildirib.
O, Moskvanın Ermənistana İrəvanın arzuladığı hər şeyi verdiyini deyib.