DataLife Engine / Fəzail Ağamalı yenidən partiya sədri seçilib

Fəzail Ağamalı yenidən partiya sədri seçilib


Fəzail Ağamalı yenidən partiya sədri seçilib

Ana Vətən Partiyasının videokonfrans formatında VII qurultayı keçirilib.

Tv 713. az xəbər verir ki, partiyanın yaydığı mətbu informasiyada qurultayda Fəzail Ağamalının növbəti dəfə Ana Vətən Partiyasının sədri seçildiyi bildirilir.

Bundan əlavə, Elçin Ağamalı partiya sədrinin Təşkilati məsələlər üzrə müavini, Arzuman Abdulkərimov Siyasi məsələlər üzrə müavini, Yalçın Hacızadə Hüquq məsələləri üzrə müavini, Rəşadət Yaqublu Ali Məclisin sədri, Günay Ağamalı Qadınlar Şurası İdarə Heyyətinin sədri, Səbinə Kərimova Qadınlar Şurası İdarə Heyətinin sədr müavini seçilib.

Qurultayda Ana Vətən Partiyasının bəyanatı səsləndirilib və səsə qoyularaq qəbul olunub.
23-11-2020, 17:42
Вернуться назад