
Rəsmi Ankara Azərbaycanın Qarabağ bölgəsində vahid koordinasiya mərkəzindən asılı olmayan müstəqil müşahidə məntəqəsi yaratmağa qərar verib.
Tv 713. az axar. az-a istinadla xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.
“Rusiya tərəfi Türkiyənin müstəqil müşahidə məntəqəsi yaratmasına ehtiyac görmür. Lakin Ankara bunun prinsip məsələsi olduğunu bildirir və bu məntəqənin yaradılmasında israrlıdır”, - deyə bildirilib.
Qeyd edilir ki, Moskvada danışıqlar davam edir və Türkiyə kompromisin əldə ediləcəyinə əmindir.