Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Yens Stoltenberg telefonla regional gündəmin aktual məsələlərini müzakirə edib.
Tv 713. az xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi Ankaradakı diplomatik mənbələrə istinadla xəbər yayıb.
Məlumata görə, müzakirələr zamanı Çavuşoğlu və Stoltenberg Dağlıq Qarabağdakı vəziyyətə də toxunublar.