DataLife Engine / Türkiyə partiyalarından Fransa Senatının əleyhinə - Bəyanat

Türkiyə partiyalarından Fransa Senatının əleyhinə - Bəyanat


Türkiyə partiyalarından Fransa Senatının əleyhinə - Bəyanat


Türkiyənin Ədalət və İnkişaf, Cümhuriyyət Xalq, Milliyyətçi Hərəkat və İYİ partiyalarının Türkiyə Böyük Millət Məclisindəki qrupları Fransa Senatının "dqr" ilə bağlı qərəzli qətnaməsini pisləyən ortaq bəyanat yayıblar.

Tv 713. az xəbər verir ki, siyasi partiyaların birgə imzası ilə yayılan bəyanatda deyilir:

“Biz Fransa Senatının beynəlxalq hüquqa, əxlaqa və ədalətə zidd olaraq Dağlıq Qarabağla bağlı noyabrın 25-də qəbul etdiyi qətnaməni şiddətlə qınayırıq. Fransa Senatı özünü görməməzliyə vursa da Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinə əsasən Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Fransa Senatının qətnaməsi beynəlxalq hüquqa görə yox dərəcəsindədir. Dağlıq Qarabağın Azərbaycan torpağı olduğu Fransa Prezidenti Emmanuel Makron tərəfindən bir neçə gün əvvəl bəyan edilib, Qarabağ Ermənistan tərəfindən belə tanınmadığı halda Fransa Senatının həqiqətlərdən uzaq bir qərar qəbul etdiyi çox açıq şəkildə görünməkdədir”.

27-11-2020, 21:31
Вернуться назад