Azərbaycan əsgərləri ilə döyüş zamanı elə təəssürat yaranırdı ki, sanki dəniz dalğaları ilə mübarizə aparırıq.
Tv 713. az Trend-ə istinadla xəbər verir ki, bunu erməni əsgərləri Rusiya mətbuatına müsahibəsində deyiblər.
Erməni əsgərlərdən biri azərbaycanlı döyüşçülərin yaylım atəşindən də qorxmadıqlarını bildirib:
"Mən topçu kimi xidmət göstərirdim. Vəzifəm hədəfə olan məsafəni, koordinatları təyin etmək idi. Elə təəssürat yaranırdı ki, sanki dəniz dalğası ilə döyüşürük. 400 nəfərdən ibarət kolonu görüb atəş açırdıq. Amma onların ardınca iki dəfə çox qüvvə gəlirdi. Əsgərin çiyninə güllə dəyir, o isə bunu hiss etmir. Terminator kimi üzərinə gəlməkdə davam edir. Əlbəttə, bu cür qüvvəyə qarşı tab gətirmək mümkün deyil".