DataLife Engine / Bu gün Laçın Azərbaycana təhvil verilir

Bu gün Laçın Azərbaycana təhvil verilir



Bu gün Laçın Azərbaycana təhvil verilir

Bu gün Laçın rayonu Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilir.

Bu gündən etibarən Laçın rayonu Azərbaycanın nəzarətində olacaq.

Tv 713. az xəbər verir ki, Laçın rayonu 18 may 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal olunub.

1992-ci ildə erməni işğalı nəticəsində 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər isə əlil qalıb.
İşğalla əlaqədar rayona 7.1 milyard ABŞ dolları dəyərində ziyan dəyib.

Rayonun 65 min 507 nəfər əhalisi Azərbaycanın 59 şəhər və rayonuna, "Taxta-körpü" qışlaqlarındakı 84 obaya məcburi köçkün düşüb.
1-12-2020, 00:08
Вернуться назад