Pakistan Hindistanla sərhədə nəzarət etmək məqsədilə Türkiyədən zərbə PUA-ları almaq niyyətindədir. Bununla bağlı türk şirkətləri ilə danışıqlar aparılır.
Tv 713. az axar. az-a istinadla xəbər verir ki, bu barədə "Avrasian Tayms" (Eurasian Times) məlumat yayıb.
Məlumata görə, Pakistan ordusu Hindistanla sərhədin 150 km-lik məsafəsinə nəzarət etmək üçün bir neçə saat havada qalmaq qabiliyyətinə sahib PUA-lar əldə etmək istəyir.
Sayt bildirib ki, Pakistan Qarabağ münaqişəsi zamanı döyüş meydanında istifadə olunan türk PUA-larını almağa ümid edir.