DataLife Engine / Balkan yarımadası yeni konfliktin astanasında

Balkan yarımadası yeni konfliktin astanasında


Balkan yarımadası yeni konfliktin astanasında


Bolqarıstan radikallarının Makedoniya məsələsi ilə bağlı şovinist araşdırmaları regionumuzda ciddi problem yaradır.

Tv 713. az xəbər verir ki, bu sözləri Yunanıstan keçmiş xarici işlər naziri Nikos Kozias deyib.

“Söhbət sağ radikallardan gedir. Hansılar ki, hazırki müdafiə nazirinə və bir neçə digər bolqar siyasətçiyə məxsusdur. Onlar özlərinin seçki kampaniyalarını möhkəmləndirmək və şəxsi strategiyalarını reallaşdırmaq istəyirlər”, - deyə Kozias bildirib.

Yunan siyasətçi qeyd edir ki, hazırda Bolqarıstan xarici siyasəti “Şimali makedoniyalılar qəbul etməlidir ki, onlar bolqardırlar” mesajı ilə hərəkət edir:

“Əvvala, Bolqarıstan özü də anlayır ki, bu təklif yanlışdır. Bolqarıstan 20-ci əsrdə slavyan, slavyan-makedon xalqının etnogenezində baş verənləri anlamır”.

Qeyd edək ki, Bolqarıstan hakimiyyəti Makedoniyanın Avropa İttifaqının tərkibinə daxil olması ilə bağlı danışıqların aparılmasına qarşı çıxıb. Rəsmi Sofiya hesab edir ki, Makodeniya onlarla milli kimlik və dil məsələsini həll etməyincə, Aİ ilə danışıqlara başlaya bilməz.
4-12-2020, 09:36
Вернуться назад