Kəlbəcər rayonundakı Xudavəng monastrına vaiz təyin olunub.
Tv 713. az xəbər verir ki, bu barədə Trend-ə Xudavəng monastrına vaiz təyin olunan Rafiq Danakari özü məlumat verib.
R.Danakari bildirib ki, hazırda Azərbaycanda 400-ə yaxın Alban kilsəsi var və onların hamısını ziyarət edəcəklər: "Bizim işğaldan azad edilən ərazilərimizdə də kilsələr var. 300-dən çox kilsə Qarabağ bögəsindədir. Onların hər birini ziyarət edəcəyik. Ermənilər işğal etdikləri ərazilərimizdə olan kilsə və monastrlardakı bütün tarixi əşyaları və ədəbiyyatı məhv ediblər, alban kilsələrinə, monastrlara erməni xaçı quraşdırıblar".