DataLife Engine / Azərbaycan əsgərləri Basarkeçərə basıb keçdi - Tonoyan

Azərbaycan əsgərləri Basarkeçərə basıb keçdi - Tonoyan



Azərbaycan əsgərləri Basarkeçərə basıb keçdi - Tonoyan


Bu gün müxtəlif mənbələrdən mülki geyimdə olan Azərbaycan hərbçilərinin Vardenisdəki restoranların birində nahar etdikləri barədə məlumat almışıq.

Tv 713. az xəbər verir ki, bunu Çiçəklənən Ermənistan Partiyasından deputat İveta Tonoyan parlamentdəki çıxışında deyib.

Tonoyan iddia edib ki, guya Azərbaycan hərbçiləri Vardenisdəki mağazalardan da alış-veriş ediblər.

“Əlbəttə, Milli Təhlükəsizlik Xidməti öz üslubunda bu məlumatları təkzib etməyə tələsdi, amma hamımız rəsmi strukturlarımızın nəyə dəydiyini gördük. Biz Qarabağın 75 faizini itirdik”, - Tonoyan bildirib.

Xatırladaq ki, Ermənistan Kəlbəcəri işğalda saxladığı müddətdə dövlət sərhədini bir neçə istiqamətdə irəli çəkib. Hazırda Azərbaycan Ordusu sərhədləri bərpa edir və bu bərpa zamanı da Ermənistanın ərazisinə qatılan yerlər geri alınır.

Qeyd edək ki, bu rayon 1969-ci ilə qədər Basarkeçər adlanıb. Basarkeçərin 37 kəndindən 30-u azərbaycanlı, 5-i erməni, 2-si isə qarışıq kənd olub. 1969-cu ildə ermənilər rayonun adını dəyişib, 1988-ci ilin 28 noyabrında isə silahlı ermənilər bu kəndlərə hücum edib, 34 nəfəri döyə-döyə öldürüblər. Azərbaycanlılar qışda buranı tərk edib, dağ yolu ilə Kəlbəcərə qaçmağa çalışıblar. Kəlbəcərə gələrkən dağlarda daha 12 nəfər donvurmadan ölüb.
9-12-2020, 05:21
Вернуться назад