DataLife Engine / AB ölkələrindən Türkiyəyə dəstək

AB ölkələrindən Türkiyəyə dəstək

AB ölkələrindən Türkiyəyə dəstək


Avropa Birliyi (AB) xarici işlər nazirlərinin toplantısında Türkiyəyə sanksiya tətbiqi ilə bağlı rəsmi Afinanın təklifinə bir neçə ölkə qarşı çıxıb.

Tv 713. az xəbər verir ki, yunan “Kathimerini” qəzeti Afinanın təkliflərinə ən çox Almaniyanın etiraz etdiyini yazıb.

Bununla yanaşı, Macarıstan, İtaliya, İspaniya, Polşa və Malta nümayəndələri də yunanların Türkiyə ilə bağlı təklifini qəbul etməyib.

Almaniyanın Türkiyəyə dəstəyi Yunanıstan siyasi dairələrində ciddi narazılıqla qarşılanıb. Belə ki, Yunanıstan-Almaniya Sənaye və Ticarət Palatasının rəhbəri Miçalis Mailis 12 ildir daşıdığı vəzifəsindən istefa verib.
9-12-2020, 05:27
Вернуться назад