DataLife Engine / Ərdoğan: "Demək ki, hələ siyasəti öyrənə bilməyib"

Ərdoğan: "Demək ki, hələ siyasəti öyrənə bilməyib"



Ərdoğan: "Demək ki, hələ siyasəti öyrənə bilməyib"


Rəhbərlik çox önəmlidir. Yəni durub Qarabağı öz parlamentindən keçirdiyin qərarla “bura artıq dövlətdir və biz buranı bu şəkildə tanıdıq” demə haqqına sahib deyilsən. Bunu heç Paşinyan belə qəbul etməyib. Sən isə durub Makron olaraq bunu parlamentdən keçirməyə meyillənirsən.

Tv 713.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə bu gün keçirilən birgə mətbuat konfransında söyləyib.

“Demək ki, hələ siyasəti öyrənə bilməyib. Dövlət idarəçiliyini də anlaya bilməyib. Harda nə, necə olur bilmir. Sabah, bəlkə, mənə əsəbiləşəcək, bəlkə də elə bu axşam əsəbiləşəcək. Bu, başqa mövzudur. Ancaq belə olsa da, biz haqqı söyləməliyik”, - o qeyd edib.
10-12-2020, 22:25
Вернуться назад