DataLife Engine / Altılı platforma yaradıla bilər

Altılı platforma yaradıla bilər



Altılı platforma yaradıla bilər


Platforma mövzusuna mən də əhəmiyyət verirəm. Lazım gələrsə, altılı platforma da yarada bilərik. Bunu cənab Putin də qəbul edib.

Tv 713.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda bu gün keçirilən mətbuat konfransında söyləyib.

“Nə idi bu altılı platforma? Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan, əgər qəbul edib əməl edərlərsə, Ermənistan da bu platformanın içində yer ala bilər. Beləliklə, altılı platforma ilə regional sülhü yaradaq deyilib”, - o qeyd edib.

10-12-2020, 22:35
Вернуться назад