İranın Ankaradakı səfiri Məhəmməd Fərazmənd Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Tv 713. az xəbər verir ki, Türkiyə prezidentinə qarşı yönələn əsassız ittihamlar, İranda Türkiyəyə qarşı nifrət kampaniyasının başladılması ilə bağlı səfirə xəbərdarlıq edilib.
Sözügedən iddiaların Türkiyə tərəfindən tamamilə rədd edildiyi, İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin diplomatik kanallar var ikən, Tvitter vasitəsilə Türkiyəni hədəf almasının qəbuledilməzliyi səfirin diqqətinə çatdırılıb.
İran tərəfindən bu münasibətin iki ölkənin yaxın əlaqələrinə zidd olduğu da bildirilib.
Qeyd edək ki, Ərdoğanın Bakıda paradda çıxış edərkən "Arazı ayırdılar..." bayatısını deməsi İran rəsmilərini "razı salmayıb". Zərif bununla bağlı Tvitterdə etiraz yazıb