DataLife Engine / İrandan Azərbaycana qarşı ciddi təxribat

İrandan Azərbaycana qarşı ciddi təxribat


İrandan Azərbaycana qarşı ciddi təxribat


"Ermənistana dəstək verməməyimiz səhv idi. Bu səhvin nəticəsi hərbi paradda İlham Əliyev və Rəcəb Təyyib Ərdoğanın İranın ərazi bütövlüyünə qarşı meydan oxumağı oldu"

Tv 713. az xəbər verir ki, bunu İranın Prezident Aparatının Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Diako Hüseyni özünün ''twitter'' hesabında bildirib. D.Hüseyni ikinci Qarabağ müharibəsində İranın tərəfsiz mövqeyini strateji səhv adlandırıb.

H.Ruhaninin baş strateq və təhlilçisi bildirib ki, "artıq qatarı relsə qaytarmağın vaxtı çatıbdır".

Qeyd edək ki, İranın Məhəmməd Cavad Zərif, Məhəmməd Cavad Azəri Cəhromi kimi rəsmiləri də Ərdoğanın Azərbaycanın Zəfər paradında səsləndirdiyi Araz çayı ilə bağlı bayatıya öz mövqelərinə uyğun münasibət bildiriblər.
12-12-2020, 16:17
Вернуться назад