DataLife Engine / Qarabağ prelüddir: Zəngəzur başlayır... – Sərkisyan

Qarabağ prelüddir: Zəngəzur başlayır... – Sərkisyan



Qarabağ prelüddir: Zəngəzur başlayır... – Sərkisyan

Qarabağ yalnız prelüddür.

Tv 713. az xəbər verir ki, bunu erməni politoloq Suren Sərkisyan deyib. Onun sözlərinə görə, Ermənistandakı qeyri-effektiv idarə, hakimiyyətin total qeyri-mövcudluğu nəticəsində yeni reallıq formalaşıb:

“Burada Sünik (Zəngəzur mahalı – red.) vacib rol oynayır. Niyə? Sünik təkcə Ermənistanın yox, həm də İranın xarici sərhədidir. İranın nöqteyi-nəzərincə, bu, ABŞ və İsrail tərəfindən yaradılan həlqədə strateji sərhəddir. İran üçün Sünik ona görə vacibdir ki, bu, Ermənistan və Gürcüstan vasitəsilə Türkiyə və türk dövlətlərindən yan keçərək Rusiya və Qara dənizə çıxış imkanı yaradan yeganə quru yoludur”, – deyə o bildirib.

Onun sözlərinə görə, Sünikə nəzarət planında Türkiyənin regionda rolu artır, çünki ABŞ, İsrail və İran ona müraciət etməli olacaqlar:

“Digər tərəfdən, türk ölkələrindən Azərbaycan və Türkiyə vasitəsilə Rusiyadan yan keçərək, Avropaya qaz və neft tədarükü prosesi sadələşəcək. Bu, Avropanın Moskvadan enerji asılılığını əhəmiyyətli dərəcədə zəiflədəcək. Bu razılaşmada biz faktor deyilik, ona görə ki, bizdən heç nə soruşmayacaqlar”.

14-12-2020, 20:38
Вернуться назад