Rusiya Müdafiə Nazirliyi Qarabağda həyata keçirilən sülhməramlı missiyasının 14 dekabra olan yeni xəritəsini açıqlayıb.
Tv 713. az xəbər verir ki, yeni xəritə Rusiya Müdafiı Nazirliyinin sülhməramlı missiya ilə bağlı yaradılmış bölməsində yerləşdirilib.
Yeni xəritədə Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndinin yer aldığı ərazilər çıxarılıb.
Qeyd edək ki, ötən gün Köhnə Tağlar və Çaylaqqala kəndlərində antiterror əməliyyatı keçirən Azərbaycan DTX-sı bu ərazilərə nəzarəti öz üzərinə götürmüşdü. Erməni terrorçularına qarşı aparılan əməliyyatın dayanmasını istəyən Rusiya sülhməramlıları isə sonradan Bəyanatda nəzərdə tutulmamasına baxmayaraq, bu əraziləri də nəzarətə götürməklə bağlı “xəritə yenilənməsi” aparmışdılar. Bu isə haqlı narazılığa səbəb olmuşdu.
Dünən yenilənən və bu gün bərpa edilən "xəritə"ləri təqdim edirik: