Şanlıurfada 5 yaşlı uşaq oyun oynayan zaman evlərinin yaxınlığında çuxura düşərək faciəvi şəkildə həlak olub.
Beş.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün səhər sahatlarında evlərinin yaxınlığında oyun oynayan 5 yaşlı Məhmət Gürəkə anidən yoxa çıxıb.
Uşaqlarını tapa bilməyən ailə məhəllə sakinləri ilə birlikdə onun axtarışına başlayıblar.
Bir müddətdən sonra azyaşlının cəsədi evlərinin yaxınlığındakı və 2 metr dərinliyi olan bir çuxurdan tapılır.
Hadisə yerinə polis və təcili tibii yardım çağırılıb.
Uşağın meyiti ekspertiza üçün Şanlıurafa Dövlət Xəstəxanasının morquna aparılıb.