DataLife Engine / Rusiya-Azərbaycan sərhədindən kimlər keçə bilər?

Rusiya-Azərbaycan sərhədindən kimlər keçə bilər?



Rusiya-Azərbaycan sərhədindən kimlər keçə bilər?

Rusiya və Azərbaycanda koronavirusa yoluxanların sayının kəskin artması və ölkəmizdə sərt karantin tədbirlərinin tətbiqi ilə əlaqədar Rusiya Federasiyası (Dağıstan Respublikası) ilə Azərbaycan Respublikası arasında quru dövlət sərhədi vətəndaşların keçidi üçün 2021-ci ilin mart ayının 1-dək bağlı olacaq.

Tv 713. az xəbər verir ki, bu barədə mətbuata Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

"Qış fəslini, əlverişsiz hava şəraitini, infrastrukturun və məişət şəraitinin olmamasını nəzərə alaraq, həmçinin ciddi problemlərlə üzləşməmək üçün səfirlik Azərbaycan Respublikası vətəndaşlarından sərhədi keçmək məqsədi ilə Dağıstana getməkdən çəkinməyi təkidlə xahiş edir", - məlumatda deyilir.

***

Azərbaycanın Moskvadakı səfirliyinin Rusiya ilə Azərbaycan arasında quru dövlət sərhədinin müvəqqəti bağlanması ilə əlaqədar dekabrın 18-də yayılmış məlumatına əlavə olaraq bildiririk ki, iki ölkə arasında nəqliyyat əlaqəsi tam şəkildə və həmişəki həcmdə həyata keçirilir.

Bu barədə səfirliyin növbəti məlumatında qeyd olunub. Məlumatda deyilir ki, yaranmış epidemioloji vəziyyətə görə iki ölkə arasında quru dövlət sərhədi yalnız vətəndaşların piyada keçidi üçün bağlıdır.
19-12-2020, 07:55
Вернуться назад