DataLife Engine / Sualların işığında aranan çıxış yolu

Sualların işığında aranan çıxış yolu

Sualların işığında aranan çıxış yolu


İGİD TEYMURLU

NEFT KAPİTALINI İNSAN KAPİTALINA BELƏMİ ÇEVİRİRLƏR?




YAP-çılar, parlamentdə təmsil olunan adları müxalif, tam əksəriyyətinin fəaliyyətisə YAP-la EYNİYYƏT TƏŞKİL EDƏN müxalifət partiyaları və həmin parlamentə düşmək istəklərinə xalq tərəfindən "veto" qoyulan hakimiyyətdən daha çox dövlətə müxaliflik edənlərin, "casus şəbəkəsi"nə çevrilən qeyri hökumət təşkilatların və özəlliklə başdan-başa şəbəkələşərək dilənçi gününə salınan kütləvi informasiya vastələrinin rəhbərlərinin diqqətinə:

1. Yetmədimi hər sözünüzün əvvəlində də, axırında da dövlət başçısı İlham Əliyevin ünvanına hədyanlar danışmağınız və yazmağınız?

2. Yetmədimi hər sözünüzün əvvəlində də, axırında da müxalifət qüvvələrindən düşmən obrazı formalaşdırmaq istəyiniz?

3. Yetmədimi seçicilərinizi demək olar ki, tamamən unudub, hər sözünüzün əvvəlində də, axırında da hakimiyyətə yarınmaqla nəinki özünüzə, hətta bundan sonrakı yeddi arxa dönənizə də lazım olan bütün şəraiti yaratmağınız?

HƏRDƏNBİR PROBLEMLƏRDƏN DƏ DANIŞIN.

1. Bütöv Azərbaycana gedən Yol haradan keçir?
İran rəsmiləri də sizin kimi rəsmilərdəndir. Görürsünüz ki, oturub nələr danışırlar!? Bütöv Azərbaycanı özlərinin tarixi torpaqları hesab edirlər!!!

2. Şah rejimi və çar Rusiyası kimi hüquqi subyektlər yoxdursa, nədən onların imzaladıqları müqavilə ilə Azərbaycanın ikiyə bölünməsi hələ də qüvvədə qalmalıdır?

3. Rusiya "sülhməramlılar"ı Qarabağda mini Rusiya yaradıblar. 10 noyabr sazişində təsbit olunan maddələrdən ancaq öz maraqlarına xidmət edən müddəaların icrasını gerçəkləşdirirlər!!!!


4. Dünən Fransaya, Amerikaya guya ki, Qarabağ probleminin həll edilməsində iştirakçılıq məsələsində dirsək göstərən Rusiya bu gün həmin məsələnin yenidən üçtərəfli qaydada çözülmə mümkünlüyünü bəyan edir. Ay Allah evinizi yıxmasın, bə cənab Prezident vurğulamamışdı ki, "Dağlıq Qarabağın statusu gorbagor oldu"?

5. Ruslar erməniləri tappatarapla Qarabağa köçürüb məskunlaşdırırlar, BƏ BİZİ NÖŞÜN KÖÇÜRMÜRLƏR?

6. NAXÇIVANA gedən yolun qabağını kəsən əjdaha nədən qanına qəltan edilmir?

7. Necə olur ki, Laçından dəhliz açılır, amma zaman etibarilə Naxçıvan yolu gecikdirilir?

8. Hələ də Qarabağ ərazisində olan separatçıların tutulub təhvil verilməsinin proseduru necədir?

9. Necə olur ki, Rusiya SSRİ-nin 1954-cü il qərarına, bütün beynəlxalq qanunlara tüpürüb, Ukraynaya verilən Kırımı özünə ilhaq edir, amma Azərbaycan üçün elə həmin beynəlxalq qanunlar bu məsələdə bir əngələ çevrilir? Üstəlik nəzərə alsaq ki, bizim Göyçə, Zəngəzurun ilhaq etməmizə gərək yox, oralar ötən əsrin əvvəlində Azərbaycanın torpaqları olub. Sovetlər o yurdu bizdən qoparıb.

10. Ermənistanla Qarabağ arasında axı nədən hansısa "Laçın dəhlizi" açılmalıdır?

11. "Laçın dəhlizi" məsələsində əgər hansısa beynəlxalq güclərin təsiri və hansısa beynəlxalq qanunların DİKTƏSİ varsa, onda İran və Gürcüstanla da eyni addımlar nöş atılmır?

12. "Laçın dəhlizi" məsələsində dünya humanizmə söykənirsə, onda canı çıxsın həmin dünyanın Azərbaycanla İran, Azərbaycanla Gürcüstan arasında da Təbriz və Tiflis dəhlizi açsın....

13. 190 manatı hansı kriteriyalara verirsiniz, bunu bir incələyin...

14. İstehlak səbətinin qiymətini özünüz 560 manat hesablayırsınızsa, onda bu 190 manatı sizin kriteriyalara elə maska almağamı sərf edək?

15. 190 manat verdiyiniz vətəndaşı 200, 400 manat cərimələmək hansı məntiqə söykənir?

16. Pandemiya ucbatından 190 manatı belə almayan ön minlərlə işsizlər ordusu yaranıb. Onların nə yeyib, nə içmələrindən xəbəriniz varmı?

17. Sabah bu Vətəni qoruyacaq kəslərə nədən uşaqpulu verilmir, heç düşündünüzmü?

18. Pandemiyanın zəruri şərtlərini vətəndaşın gözünə soxursunuz, bəs dediyiniz zəruri şəraitə görə gərəkən addımları siz qanunvericilər və siz məmurlar, siz səlahiyyət sahibləri təmin etmisinizmi? Nədən kağız üzərində Prezidenti aldadırsınız? Budu eee, elə bunu yaza-yaza kombinin GÜCÜ çatmadı verdiyiniz qazla işləməyə, telefonumuz, ınternetimiz kəsildi. XƏZƏR RAYONUNUN AİDİTTATI STRUKTURLARI NİYƏ VƏTƏNDAŞLA DÖVLƏT ARASINDA UÇURUM YARADIRSINIZ, ELƏCƏ DƏ YERDƏ QALAN DİGƏR BÜTÜN EAYONLARIN SƏLAHİYYƏT SAHİBLƏRİ?....
Özüm bilərəkdən digər sosial problemlərlə yanaşı son dövrün ortaya çıxardığı bəzi məsələlərilə bağlı danışıb ovqatınızı təlx eləmədim...

19. Nədən kağız üzərində Prezidenti də, seçicilərinizi də, elektoratı da, bütövlükdə xalqı aldadırsınız?

20. ƏN ƏSASI: Pandemiyanın şərtləri çərçivəsində onlayn təhsilə keçidə keçməzdən öncə rabitə naziri internetin vəziyyətilə bağlı hansı təqdimatı verib görən? Bu, bir biabırçılıqdır ki, ilin, günün bu vaxtında heç rayon və kəndləri demirəm, heç paytaxt Bakının qəsəbələrində, kəndlərində tam internet təminatı yoxdur! Təhsilimizi əlimizdən almaqla bu milləti məhvə sürükləyən kimlərdir?

21. Rəhmətlik Heydər Əliyev "biz neft kapitalını insan kapitalına çevirməliyik" deyirdi. Budurmu həmin istəyə xidmət?...


Bütün bunlar hələlik Sizlərə yönəli sualların bir qismidir. Danışın bunlardan, cavab axtarın bu sorunlara, dövlətlə vətəndaş münasibətlərini daha sıcaq bir məcraya yönləndirin. Qarşı tərəfi tənqid kimi təqdim edib təhqir etməkdənsə alternativ variantlarınızı ortaya qoyun, qarşılıqlı yardım da bulunun. Budur vəziyyətdən çıxış yolu....
25-12-2020, 12:28
Вернуться назад