Son sutka ərzində Ermənistandan Qarabağa daha 491 erməni gətirilib.
Tv 713. az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla da Qarabağa qaytarılan ermənilərin sayı 45 mini keçib.
Qeyd edək ki, Rusiya sülhməramlıları ermənilərin Xankəndiyə qaytarılması, onların yerləşdirilməsi, kommunal problemlərin həlli, humanitar yardım, tədrisin bərpa olunması, modul evlərin tikilməsi və s. kimi ermənilərə genişhəcmli yardım göstərir.