DataLife Engine / Abazyan Bakıya gəlir

Abazyan Bakıya gəlir


Abazyan Bakıya gəlir


Ermənilər Muradovdan təyyarə istədi

Ermənistan hökuməti Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanın Bakıya səfərinin təşkili üçün Qarabağdakı Rusiya sülhməramlı kontingentinin rəhbəri Rüstəm Muradovdan təyyarə istəyib.

Tv 713. az xəbər verir ki, bu barədə erməni mətbuatı Rusiya Müdafiə Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, Ermənistan tərəfi təhlükəsizliklə bağlı problemlər olduğu üçün Muradovun onlara 9, 10 və ya 11 yanvar üçün təyyarə verməsini istəyir.

Bildirilib ki, Rusiya tərəfi ermənilərin istəyini geri çevirməyib, amma səfərin konkret tarixinin olmamasının izahını tələb edib. Ermənilər isə bildirib ki, guya rəsmi Bakı səfərin tarixini dəqiqləşdirməyib.

Qeyd edək ki, bir müddət öncə Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayıl Minasyan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanın Bakıya səfərə hazırlaşdığı ilə bağlı məlumat yaymışdı.
7-01-2021, 07:30
Вернуться назад